- Mətnin (səh. 70-71) adına münasibət bildirin. Ad məzmuna uyğundurmu? Əgər mətnin
adını dəyişmək istəsə idiniz, hansı adı təklif edərdiniz?
- Mətndə hansı hadisələrdən danışılır? Həmin hadisələr haqqında nə bilirsiniz?
- Sizcə, ana nə üçün açarı saxlamaq üçün qızına verir? Necə düşünürsünüz, onlar öz
qapılarını aça biləcəkdilərmi?
- Hekayədə təsvir edilmiş hadisələr hansı fəsildə baş verir? Mətndəki hansı cümlələr
fikrinizi təsdiq edə bilər?
- Mətn əsasında cədvəli öz mülahizələrinizə uyğun tamamlayın.
- Mətndəki hansı cümlələr azərbaycanlıların dinc yanaşı yaşamasını, başqasının malına
göz dikməməsi fikrini təsdiqləyir?
- Bulaq başında həmin açarı çoxları görmüşdü. Götürüb baxıb, yerinə qoymuşdular.
“Yəqin, sahibi çıxar”, - demişdilər.
- Onlar küçəyə çıxan kimi məhəllənin adamlarına qoşulub kəndin aşağı tərəfinə
doğru qaçmağa başladılar.
- Hamı bir-birini axtarırdı.
- Mətndə səbəb-nəticə əlaqələrini müəyyən edin.
- Mətndə təsvir edilən hadisələr Qarabağda baş vermiş hansı tarixi faciəni yada salır?
Niyə belə hesab edirsiniz?