Hadisə və faktı fərqləndirin.
Məşhur alim İbn Sina məktəbdə riyaziyyat dərslərini çox da yaxşı qavramırdı. Bir gün səhrada gəzərkən bir quyu gördü. Quyudan su içmək istədi. Vedrəni quyuya saldı. Quyunun ağzındakı mərmər qapaq vedrəni çəkən ipin sürtünməsi səbəbi ilə aşınmışdı. Oğlan düşüncələrə daldı: “Yumşaq bir ip mərmər kimi çox sərt daşı kəsir. Deməli, çətin də olsa, bir işdə müvəffəq olmağı bacarmağın sirri qətiyyətli olmaq, səy göstərmək, səbirlə və əzmlə çalışmaqdır. Madam ki riyaziyyatı başa düşə bilmirəm, deməli, israrla çalışmalıyam”.
Çinin şimalında yaşayan döyüşkən hun türk tayfaları Çin ərazilərinə ardıcıl hücumlar təşkil edirdilər. Çin orduları çevik və sürətli hun süvariləri qarşısında aciz qalmışdı. Hökmdar Sin Şi Xuandi vəziyyətdən çıxış yolunu sədd tikilməsində gördü. E.ə. 214-cü ildə Böyük Çin səddinin tikintisinə başlanıldı.