3 İtirilmiş açar (ixtisarla)
Biri var idi, biri yox idi, bir qız vardı. Qız ağlayırdı. Özü də hıçqırtı ilə (ağlayırdı, kövrəlirdi). Evlərinin açarını itirmişdi. Açarı bulaqdan su (gətirəndə, götürəndə) itirmişdi.
Anası, atası işdə idi. Qız qapılarını bağladı, səhəngi götürüb kəndin başındakı Soyuqbulağa yollandı. Bütün yol boyu açarı ovcunda bərk-bərk tutmuşdu. Açarı səki daşının üstünə qoyub səhəngi axan suyun altına qoydu. Səhəngi doldurub geri döndü.
Qapını açmaq istəyəndə açarı tapmadı. Hər yeri axtardı, açar yoxa çıxmışdı. Xoşbəxtlikdən anası bu gün tez gəldi. Anası onun göz yaşlarını silib, başını tumarladı:
- Ağlama, qızım, ağlama. Bu saat açarı taparıq.
Qız sakit oldu və dedi:
- Bəlkə, bulağın başında qoymuşam açarı? Gəl gedək, baxaq.
Bulaq başında açarı çoxları görmüşdü. Götürüb baxmış, yerinə qoymuşdular. “Yəqin, sahibi çıxar”, - demişdilər.
Onlar bulağa yetişəndə qızcığaz açarı görüb çox sevindi.
Həmin hadisədən sonra qızcığaz açarı özü ilə (götürmürdü, aparmırdı), eyvanda gözə görünməyən yerdə gizlədirdi.
... Bir gün qızın da, kəndlərinin də bu sakit və xoşbəxt günləri (pozuldu, dağıldı) İllərlə qonşuluq etdikləri, süfrələrinin qırağını kəsdirən ermənilər bircə gündə düşmən kəsildi onlara. Elə həmin vaxtdan da qanlı-qadalı günləri başladı.