Dilimizdə sonu q samiti ilə bitən çoxhecalı sözlərə saitlə başlanan şəkilçi artırdıqda q samiti ğ samiti kimi yazılır.
Məsələn:
qoruq+u=qoruğu; bulaq+a=bulağa; qulaq+ın=qulağın.
Belə sözlərə samitlə başlanan şəkilçi artırdıqda sözün sonunda q samiti olduğu kimi qalır.
Məsələn: qoruqçu, bulaqdan, qulaqcıq və s.
Sonu q ilə bitən elə sözlər var ki, onlarda q → ğ əvəzlənməsi baş vermir, yəni onlara saitlə və ya samitlə başlanan şəkilçi artırdıqda sözün sonunda q hərfi dəyişmir. Şərq, üfüq, şəfəq, əxlaq, vərəq, ittifaq, xalq, irq və s. belə sözlərdir.
Məsələn: şərq+in=şərqin; şərq+də=şərqdə.
1925-ci ildə yaradılan Göygöl qoru(q, ğ)u Qafqazın şimal-şər (q, ğ) yamaclarında Göygöl rayonunun ərazisində yerləşmişdir. Azərbaycanda yaranan ilk qoru(q, ğ)dur. Qoru(ğ, q)un yaradılmasında məqsəd meşələrin subalp çəmənliklərini və 1139-cu ildə Gəncə zəlzələsi nəticəsində yaranmış dağlar gözəli Göygöl, Maralgöl, Qaragöl, Ağgöl, Zəligöl və s. təbiət abidələrinin zənginliyini, flora və fauna ehtiyatlarını qoruyub saxlama(q, ğ)dır. Meşəlikdə qonur dağ-meşə, çəmənlikdə dağ-çəmən torpa(q, ğ)ları mövcuddur. Floranın tərkibini 420 növ bitki, o cümlədən 76 növ ağac və kollu(q, ğ)lar təşkil edir. 1100-2200 m hündürlükdə yarpa(q,ğ)lı ağaclar: şərq fıstı(ğ,q)ı, şərq palıdı, vələs ağacları mövcuddur. Palıdı torpa(q,ğ)a malik olan yamaclarda Eldar şamı meşəliyi yerləşir.
İttifaq, vərəq, qonaq, hüquq, qatıq, bolluq, əxlaq, maraq, natiq, ulaq, qovluq, papaq, şərq, budaq, şəfəq, qayıq, qaymaq, istintaq
Saitlə başlanan şəkilçi artırdıqda | |
q → ğ əvəzlənməsi baş verən sözlər | q → ğ əvəzlənməsi baş verməyən sözlər |
... | ... |