Daş yeməklər düzülmüş süfrədə daş heykəllər əyləşmişdi. Heyrətləndi. Başqa evlərə də baş çəkdi. Hər yerdə onu heykəllər qarşıladı. Adanın heyvanları da heykəldən idi.
Persey sahildə bir qoca ilə rastlaşdı. Bu qədər heykəllərin arasında insana rast gəldiyi üçün həm təəccübləndi, həm də sevindi. Qocadan adanın sirrini xəbər aldı. Sən demə, bu adanın sakinlərini özünü (heykəltaraş, yoxsa heykəltəraş) hesab edən Gorğan adlı (sehrbaz, yoxsa sehirbaz) daşa döndəribmiş. Tilsimin açılması üçün onun adaya qayıtması mütləq imiş.
Gorğan adamları tilsimləyəndə qoca okeanda, suyun altında gizlənibmiş. Persey Gorğanı tapmağı qərara aldı. Bundan xəbər tutan ən hündür Palma ağacı ona kömək etdi. Budaqlarını yerə əydi. Persey və Qoca budaqlardan möhkəm yapışdı, Palma budaqlarını göyə qaldırdı. Sən demə, Palmanın başından bütün dünyanı görmək olurmuş. Onlar ətrafı seyr etməyə başladılar. Qocanın diqqətini yeddirəngli papaq cəlb etdi. Bu papaq Gorğanın idi. Qoca onu Perseyə nişan verdi.
Persey Qocanın göstərdiyi şəhərə yollandı. Onu tapdı. Şirin dilə tutub adaya gətirdi. Gorğan ayağını gəmidən torpağa basan kimi tilsim açılmağa başladı. İnsanlar ...
Əfsanə ƏLİYEVA