Hansı düzdür?
[oyunlar] – [oyunnar] |
[zorla] – [zornan] |
2-ci cümlədə uşaq sözünün
sonunda mötərizədə veril-
miş
hərflərdən hansı
yazılmalıdır?
Yazın qızğın günləri idi. Biz uşa(q,ğ,x)lar vaxtımızın çoxunu meyvə bağlarında keçirərdik. Gah yetişmiş meyvələri dərib yeyər, gah yuvalardan quş balalarını götürüb onlarla oynardıq. Hərdən də ana quşları tutardıq. Tamam bu pis hərəkətləri tərgitməyimiz üçün həmişə səy göstərərdi. Pis hərəkətlər etməyək deyə bizə cürbəcür oyunlar öyrədərdi.
Heç unutmaram. Bir gün bibimgilə getmişdim.
Daha bibimə görünməyib evimizə qayıtdım. Həyətimizdə Tamama rast gəldim.
– Bibin sənə nə verdi? – deyə Tamam soruşdu.
– Heç nə, – deyə cavab verdim.
– Yalan söyləyirsən. Bibin səni çox istəyir. Yəqin, yenə də ciblərini konfetlə doldurub. Bax onun üçün də əllərini cibindən çıxarmırsan. Heç qorxma, zorla almayacağam. İstəsən, verərsən, istəməzsən, yox. Ancaq sözlərinin yalan olduğunu bu gün mənə sübut etdin, – deyə Tamam məni utandırdı.
Mən, həqiqətən, Tamamı çox istəyirdim və heç bir şeyi ondan əsirgəməzdim. Bunu özü də bilirdi. Lakin bu sözlərdən məqsədinin nə olduğunu anlamadım. Əlimi sol cibimdən çıxardıb dedim: