- Məktəb mühitini səyahətə çıxmaq sizin üçün öyrədici oldumu? Nə kəşf etdiniz?
Aşağıdakı mövzulardan birini seçməklə inşa (təqdimat da hazırlaya bilərsiniz) yazın.
İnşa yazmaq üçün
İstiqamət:
- Mövzu üçün açar sözlər müəyyən edin.
- Seçdiyiniz mövzuya uyğun açar sözlərdən istifadə etməklə
bir neçə söz birləşməsi yaradın.
- Mövzu ilə bağlı söz və söz birləşmələrini cümlədə işlədin.
- Cümlələrdən abzaslar yaradın.
- Cümlələr arasında əlaqənin olmasına diqqət yetirin.
- Fikirlərinizin sadə və anlaşıqlı olmasına çalışın.
Təlimat:
- Yazınızda atalar sözlərindən, tanınmış şəxslərin müdrik fikirlərindən epiqraf kimi
istifadə edə bilərsiniz.
- Seçdiyiniz epiqrafa münasibət bildirin.
- Yazınızı başlamaq üçün mövzu ilə bağlı suallar hazırlayın. Məsələn: “Mən məktəbdə
nə qazanmışam?”, “Mənim üçün müəllim kimdir?”, “Xoşbəxt olmaq üçün
nə etmək lazımdır?” və s.
- Hazırladığınız suallara cavab axtarın, onları yazılı şəkildə təqdim edin.
- Fikirlərinizi həyatınızda baş vermiş hər hansı bir hadisə ilə təsdiqləyin.
- Yekun fikir.