1. “Xudafərin körpüsü” romanında Şah İsmayıl xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsi qələmə alınıb. 2. Mənə elə gəldi ki, ömründə bir dəfə də olsa, azad belə məsələlər haqqında düşünməmişdir (M.İbrahimov). 3. Biz Azərbaycan üfüqlərində işıqli bir Günəş doğduğunu hiss edirdik (M.İbrahimov). 4. İndiki sumqayıt şəhərinin yerində qədimdə Azərbaycanlılardan ibarət tayfa yaşayırmış (“Sumqayıt” əfsanəsindən). 5. Üzeyir Hacıbəylinin “koroğlu” Uvertürası 1937-ci ildə Dövlət mükafatına layiq görülmüşdür.
Güllər pianonun qapağını qaldırıb, orta barmağı ilə dillərdən birinə toxundu (İ.Əfəndiyev). Axı bu güllər ən incə naxışlarına, ən mürəkkəb boyalarına qədər rəssama tanış idi (İ.Əfəndiyev). Gələn bahar təpədə sarı tikanlı boz qanqallar bitdi (İ.Əfəndiyev). Diqqətlə baxdıqda Bahar aşırımda bir sürü ceyran gördü (M.Cəlal). Planet sisteminin işıq və istilik verən göy cismi Günəş kürə şəklindədir. Muğan günəşi adamı yandırırdı. Dəniz anasının üzünə baxıb xoş təbəssümlə gülümsədi. Qızmar günəş altında “xumarlanan” dəniz onun şüalarını özündə əks etdirirdi.