5 “Şarların köməyi”
"Dünyada xoşbəxtdir yalnız o kəslər Ki, öz çörəyini dostlarla yeyər"
● Sizcə, mətndə nədən danışılacaq?
Şarların “köməyi” nə ola bilər?
Hansı söz səhv yazılmışdır?
3-cü abzasın 1-ci cümləsində
4-cü abzasın 1-ci cümləsində
5-ci abzasın 1-ci cümləsində
Düzgün tələffüzü deyin.
müddət | [ ... ] |
məhəbbət | [ ... ] |
Səbinə müəllim sinfə çoxlu şar gətirmişdi. Şarları uşaqlara payladı. Səidə tez soruşdu:
- Müəllim, biz bunlarla nə edəcəyik?
Müəllim onun sözünə cavab vermədən uşaqlardan şarların üsdünə öz adlarını yazmalarını xahiş etdi. Sonra İnayəti, Elşadı və Fatehi yanına çağırdı, uşaqların köməyi ilə həmin şarları dəhlizə çıxardıb onları qarışdırdı.
Səbinə müəllim uşaqlara öz adları yazılmış şarları tapmağ üçün beş dəqiqə vaxt verdi. Uşaqlar şarları tapmağa cəhd etsələr də, onlarda heç nə alınmadı. Verilmiş müddət bitdi.