Direktor bu sözləri kimə deyir? “Siz öz borcunuzu
unutmusunuz” deyərkən o nəyi nəzərdə tuturdu?
Söhbət onunla qurtardı ki, sabah bütün valideynlər məktəbə yığışmalıdır. İlk dəfə idi ki, başıma belə bir iş gəlirdi! Fikir məni aparmışdı. Bilmirdim, bu hadisəni ata-anama necə deyim? Ümumiyyətlə, deyimmi?
Sizcə, Pərviz əhvalatı ata-anasına bildirəcəkmi?
...Anam məktəbə üzügülər gəlmişdi, oradan qanıqara çıxdı. Onun üçün bu hadisə gözlənilməz idi. Bugünkü iclasda yaxşı oxuyan uşaqlar barədə daha çox danışmışdılar.
...Çox istəyərdim ki, atam bu əhvalatdan xəbər tutmasın. Anam isə heç nəyi gizlin saxlamaz, xüsusən atamdan gizlin heç nə ola bilməzdi.
Anam məktəbdən gələn kimi mənə dedi:
- Axı o gün sən dərslərini elədin, Pərviz. Mən həmişə sənə fikir verirəm: nə etdinsə, hamısını görürəm! Soruşmuram deyə, elə bilmə ki, gözüm bağlıdır, baxmıram! Baxıram və hamısını görürəm! Sən o gün dərsini etmişdin! Bu nə işdir? Dəftərini mənə göstər!
Yaxşı ki, dəftərim Səfada qalmışdı, yoxsa biabır olacaqdım.
Günah nə pis imiş! Sən çalışırsan, onun izini itirəsən, gizlədəsən, o bir az da böyüyür, gözə soxulur!
Sizin bu fikrə müna-
sibətiniz
necədir?
Mirzə İbrahimov
Bu məsələnin üstü dərs ilinin sonunda açılır. Çimnaz müəllim təsadüfi bir hadisənin nəticəsində əhvalatdan xəbər tutur, yəni şagirdlərin çoxunun şeiri əzbərləməsini və məsələləri həll etdiklərini öyrənir. Şagirdlər səhvlərini boyunlarına alırlar. Səfa, Hüseyn və Həsən bu işi təşkil etdiklərini etiraf edirlər.
Sizcə, Pərvizin hansı xüsusiyyəti əhvalatın açılmasına səbəb olur?
Mətndən istifadə etməklə səbəbi tapın.