4 Pərvizin həyatı (ixtisarla)
II HİSSƏ
Mən evimizə (gəldim, getdim). Cücələrimi yemlədim, sularını təzələdim. Anamın (göstərişi ilə, tapşırığı ilə) evə çörək aldım. Sonra oturub dərslərimi hazırlamağa başladım.
Səhər məktəbin dəhlizində Fatma məni qarşıladı:
– Tapşırıqları yerinə yetirmisən? Şeiri (öyrənmisən, əzbərləmisən?)
– Əlbəttə.
– Mən də hazırlamışam. Amma Səfagil deyir ki, gərək Çimnaz müəllimə deyək ki, bu gün heç kəs ev (tapşırığını, işini) etməyib.
Sizcə, hadisələr necə
davam edəcək?
...Direktor dərsin sonunda sinfə gəldi:
– Bu, mümkün olan şey deyil! Necə olur ki, iyirmi beş uşaqdan bir nəfər şüurlusu tapılmır? Yəqin, əvvəlcədən yığışıb söz qoymusunuz. Bu nə deməkdir? Bu o deməkdir ki, siz öz borcunuzu unutmusunuz, gələcəyinizi düşünmürsünüz, müəllimlərinizin, ata-ananızın zəhmətini yerə vurursunuz, yəni xalqın əməyini yerə vurursunuz. Axı bu məktəb xalqındır, siz də xalqın balalarısınız!
“Təhsil haqqında” AZƏRBAYCAN
QANUN RESPUBLİKASININ QANUNU
32.5. Təhsilalanların vəzifələri aşağıdakılardır:
32.5.1. dövlət təhsil standartlarına uyğun bilik, ba carıq və vərdişlərə yiyələnmək;
32.5.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
32.5.3. təhsil müəssisəsinin nizamnaməsinin tə ləblərinə riayət etmək;
32.5.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında mə suliyyətini dərk etmək;
32.5.5. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;
32.5.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.