“Dostlarımla dərsdən sonra” mövzusunda dialoq qurun. Dialoq vasitəsilə hansı fikri çatdırmaq istərdiniz?
Plan:
Dialoqda aşağıdakı məlumatların verilməsinə diqqət yetirin:
Özünüz haqqında
Dostlarınız haqqında
Oxuduğunuz məktəb və sinif
Maraqlarınız və məşğuliyyətiniz
Dərsdən sonrakı vaxtlarda gördüyünüz işlər
Gəldiyiniz nəticə
İstiqamət:
Dialoqun təqdimi zamanı:
İntonasiyaya diqqət yetirin.
Sözləri düzgün tələffüz edin.
Sözlərin vurğusuna diqqət yetirin.
Tək və cəm sözlərdən istifadə edin.
Sualları düzgün verin.
Sualları düzgün cavablandırın.
Dialoqu yazılı şəkildə də hazırlaya bilərsiniz.
Dialoqda durğu işarələrinin düzgün işlənməsinə diqqət yetirin.