ad bildirən sözlər |
əlamət bildirən sözlər |
say bildirən sözlər |
hərəkət bildirən sözlər |
Ad bildirən sözlər isim adlanır. İsimlər kim?, nə?, hara? suallarından birinə cavab olur. İsimlər tək və cəm, ümumi və xüsusi olur.
Cəm isimlər -lar2 şəkilçisi vasitəsilə əmələ gəlir. Bu şəkilçi sözün sonuna artırılır. Sözün kökündə incə saitlər olarsa, -lər; sözün kökündə qalın saitlər olarsa, -lar şəkilçisindən istifadə olunur. Sözdə həm incə, həm qalın saitlər olarsa, şəkilçi son hecadakı saitə uyğun yazılır.
Məsələn:
tək isimlər
qəzet
oğlan
kitab
sait
cəm isimlər
qəzetlə́r
oğlanlár
kitablár
saitlə́r
-lar2 şəkilçisi vurğulu olur.
1. Xalqımıza məxsus müqəddəs (dəyər) var. Bu (dəyər) hətta (and) yerinə də çevrilmişdir (T.Əmiraslanov). 2. Arxeoloji (qazıntı) əsasında əldə edilmiş (məlumat) göstərir ki, Azərbaycan (ərazi) (əkinçilik) neolit dövründən təşəkkül tapmışdır. 3. Hər (uşaq) fərqli (xarakter) malikdir. 4. “Oxu! Ancaq oxuduğun ayağını (yer), (baş) yüksəkliyə, qəlbini ülviyyətə bağlasın”.