Bu abzas hansı obrazın sözündən sonra yerləşdirilsə, ardıcıllıq pozulmaz?
Bu təklif məni həvəsləndirdi. Çünki bu gün hava çox gözəl idi. Nə gilavar əsirdi, nə xəzri. Mart ayında belə günəşli və sakit hava çox az-az olurdu.
Uşaqlar danışdıqca mən həm onlara qulaq asır, həm düşünürdüm ki, gedim, ya getməyim? Yadıma düşdü ki, hələ şeiri də əzbərləmək lazımdır. Bir yandan hesab məsələləri, bir yandan atamın mənə bağışladığı cücələr... Qərara aldım ki, balıq tutmaq, dəniz sahilində o yan-bu yana qaçıb oynamaq nə qədər xoş olsa da, getməyəcəyəm. Uşaqlar mənim cavabımı gözləyirdi.
İstədim, onlara qoşulub gedəm. Hiss edirdim ki, getməsəm, inciyəcəklər. Lakin “eqoist” sözünü eşidəndə fikrimi dəyişdim. Öz-özümə dedim ki, getsəm, elə biləcəklər, zəifəm, xaraktersiz adamam. Bundan sonra yer-liyersiz hücumları ilə məni özlə rinə tabe etmək istəyəcəklər. Ona görə də getmədim, Səfanı da fikrindən döndərməyə çalışdım:
— Dəniz, balıq həmişə var. Dərslərimiz isə çoxdur. Müəllim sabah tapşırıqları yoxlayacaq.
Heç nə olmaz Gec qayıtsaq, gəlib səndən köçürərəm
Mən sənə köçürməyə dəftər verməyəcəyəm
Vermirsən, vermə Çox lazımdır, – deyib Səfa uşaqlarla balıq ovuna getdi.