Təqdimat
(inşa) hazırlamaq üçün:
Ailənin ilk (ikinci, üçüncü) övladıyam. Ailəmiz dörd nəfərdən ibarətdir: atam, anam, bacım (qardaşım) və mən.
Ailəmizin özünəməxsus qayda-qanunları vardır. Atam evimizin böyüyüdür. Bu qaydalar valideynlərimiz tərəfindən müəyyən edilir. Ailədə qaydalara riayət etmək hamının borcudur. Atam işdən nə qədər yorğun gəlsə də, mütləq mənim və bacım Fatimənin dərsləri ilə, məktəbdəki fəaliyyətimizlə, gündəlik qayğılarımızla maraqlanır. Həftə sonları biz ailəlikcə gəzməyə gedirik. Atam bizə Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. ilə yanaşı, ədəb və ictimai yerlərdə özünü aparmaq qaydaları barədə maraqlı söhbətlər edir.
Anam evdar qadındır. Dadlı yeməklər bişirir, evin səliqə-sahmanına diqqət yetirir. Bizə də səliqəli, əşyalarımıza qarşı diqqətli olmağı, böyüklərə və kiçiklərə hörmətlə yanaşmağı öyrədir. Dərslərimizlə o məşğul olur.
Mən və bacım dərslərimizə ciddi yanaşır, yaxşı oxuyur, biliklər əldə etməyə çalışırıq. Ev işlərində anamıza kömək edirik. Asudə vaxtlarımızda maraqlı kitablar oxuyur, televizora baxırıq. Oxuduğumuz kitablarla bağlı ailədə maraqlı müzakirələr təşkil edirik.
Ailəmiz mehribandır.