nifaq - çəkişmə; ikitirəlik
örnək - nümunə, misal
özbaşınalıq - hər hansı bir işdə qanuna, intizama, qəbul olunmuş nizam və qaydaya zidd hərəkət
özək - bitki gövdəsinin və ya kökünün daha yumşaq olan daxili mərkəzi hissəsi
özünü dartmaq - lovğalanmaq
paleontologiya elmi - qazıntı nəticəsində tapılan nəsli kəsilmiş ən qədim heyvan və bitkilərin tədqiqi ilə məşğul olan elm
peşmançılıq - öz səhvini və ya nöqsanını başa düşərək buna təəssüflənmək
pərən salmaq - bir-birindən aralı salmaq, bir-birindən ayırmaq
pəri - çox gözəl, məsum, xoşxasiyyət, qadın və ya qız haqqında
pir - müqəddəs yer, ziyarətgah
rəy - bir şey haqqında fikir, söz
rifah - yaşayışda xoş güzəran, firavanlıq, bolluq və rahatlıq
sal - burada: iri, bütöv
seyr etmək - baxmaq
səadət - həyatda ən yüksək məmnunluq hissi, sevinc hissi, xoşbəxtlik
səciyyəvi - bir şəxsə, ya şeyə xas olan, bir şəxsi və ya şeyi başqasından fərqləndirən
sədaqət - dostluqda, məhəbbətdə dəyanət, vəfa, sadiqlik
sədd - müxtəlif məqsədlər üçün çəkilən divar, hasar
səhəng - su daşımaq üçün misdən və ya gildən düzəldilmiş qulplu, qarınlı, darboğazlı qab
səxavətli - əliaçıq, genişürəkli, könlüaçıq
səy göstərmək - çalışmaq, əlləşmək, cəhd etmək
sorğu - sual, sual etmə
süngü - tüfəng lüləsinin başına taxılan ucuşiş silah
süvari - ata minmiş, atlı
şəhid - yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən adam
şığımaq - çox böyük sürətlə enərək hədəfə hücum etmək, üzərinə atılmaq
şirin dilə tutmaq - şirin sözlərlə aldatmağa, yola gətirməyə çalışmaq
şücaət göstərmək - hünər göstərmək, igidlik, qoçaqlıq etmək
şüurlu - dərrakəli, düşüncəli
tab gətirə bilməmək - özünü saxlaya bilməmək, dayana bilməmək, dözməmək
talamaq - qarət etmək, çalıb-çapmaq, soyub talan etmək
təkamül - inkişaf, dəyişmə, yeniləşmə
təminatçı - bir şeyin qorunub saxlanmasını, yerinə yetirilməsini, həyata keçirilməsini təmin edən
təmsil etmək - birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək
tərbiyəedici - tərbiyə vermək, tərbiyə öyrətmək
tərgitmək - adət etdiyi pis və ya zərərli adətdən əl çəkmək
təsəlli tapmaq - sakitləşmək, dərdini unutdurmaq
təşəkkül tapmaq - formalaşmaq
tilsim - sehr, ovsun
töhfə vermək - hədiyyə, bəxşiş, ərməğan, pay
tuş gəlmək - rast gəlmək, təsadüf etmək, qabağına çıxmaq, rastlaşmaq
unitar - birləşmiş, vahid
uvertüra - operanın, baletin və s.-nin müqəddiməsi
ülgüc - burada: müxtəlif alətlərin kəsici tərəfi, bıçağı
ülviyyət - yüksəklik, alilik, ucalıq, ülvilik, müqəddəslik
ümidini kəsmək - arzusunun, istəyinin həyata keçəcəyinə daha inanmamaq; əlini üzmək
ün - səs, səda
ürək-dirək vermək - cəsarətləndirmək, ruhlandırmaq
üzügülər - gülərüz, şən, mehriban
var-dövlət hərisi - bir şeyə həddindən artıq can atmaq, istəmək
vəfasızlıq - dostluqda, məhəbbətdə sədaqətsizlik, etibarsızlıq
vəsf etmək - tərif etmək, təsvir etmək
vəfat etmək - ölmək
viran qoymaq - dağıtmaq, uçurtmaq, bərbad hala qoymaq, xarabazara döndərmək
vitrin - malları və ya müxtəlif şeyləri nümayiş etdirmək üçün mağaza pəncərəsinin arxasında sərgi yeri
yalman - atın boynunun üst hissəsində bitən uzun tüklər
yan almaq - yanaşmaq, yaxınlaşmaq, yaxın durmaq
yarımada - üç tərəfi dəniz, dördüncü tərəfi isə qitəyə bağlı olan yer sahəsi
yoxsul - yaşamaq üçün kifayət qədər vəsaiti, imkanı olmayan; ehtiyac içində olan adam; kasıb
yön - istiqamət, səmt
yuxarıdan aşağı baxmaq - burada: lovğalanmaq
zəbt etmək - zorla tutmaq, ələ keçirmək, işğal etmək
zərf - içərisinə hər hansı bir kağız qoyub harasa göndərmək üçün xüsusi kağız qab
zərxara - bər-bəzək, burada: inkişaf etmək mənasında
zərif - incə, ürəyəyatan
zirvə - burada: bir şeyin ən yüksək pilləsi, dərəcəsi, nöqtəsi