gözünə sataşmaq - görünmək, rastlaşmaq
gülüstan - güllük, çiçəklik
güzəran - dolanacaq, həyat, yaşayış
heykəl - heykəltəraş tərəfindən daşdan, tuncdan və s.-dən hazırlanmış insan və ya heyvan surəti
heyrət içində qalxmaq - bir şeydən təəccüblənmək, çaşqın qalmaq
heyrətlənmək - təəccüblənmək, təəccüb etmək
hərzə-hərzə danışmaq - mənasız, boş-boş danışmaq
həsrət yükü - ayrılıq, hicran
hıçqırtı - səsini içinə alıb ağlarkən boğazdan çıxan qırıq-qırıq səslər
hüquqi - hüquqa əsaslanan, hüquq normalarına uyğun olan, hüquq normaları, hüquq qanunları
hürr - azad
xeyir-dua - səadət, xoşbəxtlik, xoşgün, uğur diləyi
xəyal - bir şəxsin və ya şeyin insan fikrində, təsəvvüründə təcəssüm edən surəti; təxəyyül
xəzri - Abşeron yarımadasında şimaldan əsən şiddətli külək
ibrət - ağır, pis bir hadisədən, işdən alınan dərs
iddia etmək - tələb etmək, istəmək
ixtiyarsız - özündən asılı olmayaraq, özü istəmədən, qeyri-ixtiyari
israrla çalışmaq - təkidlə, inadla çalışmaq
istehza - ələ salma, rişxənd etmə
istiqlal - müstəqillik, azadlıq
kamal - ağıl, zəka, dərrakə
karına gəlmək - köməyinə gəlmək
kif - çürüyən və ya nəm şeylərin üstündə nazik qat şəklində əmələ gələn yüngül, yumşaq mikroskopik göbələkciklər
komada qalmaq - bəzi xəstəliklər nəticəsində özündəngetmə, reflekslərin, qan dövranının, tənəffüsün, mübadilə prosesinin pozulması şəklində təzahür edən ağır hal
kontekst - mətnin (ona daxil olan ayrıca söz və ya ifadənin mənasını müəyyən etmək üçün) mənaca bitmiş hissəsi
qane etmək - razı etmək, təmin etmək, inandırmaq
qaynaq - burada: bir şeyin qaynayıb çıxdığı yer, mənbə
qazi - döyüşdə yaralanmış, Vətən müharibəsində iştirak edib, ağır yaralanan, ətraf orqanlarını itirmiş şəxs
qeyri-adi - adi olmayan, görünməmiş
qəfil - gözlənilməz, xəbərsiz
qərar tutmaq - bir yerdə, ya bir işdə sabitləşmək, dayanmaq
qətiyyətlə - dəyanətlə, möhkəm, cəsarətlə
qısqanclıq - paxıllıq, qibtə
qibtə etmək - başqasının üstünlüyünü, müvəffəqiyyətini, xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görüb, bunların özündə də olmasını arzu etmək, həsrətini çəkmək
qoca dövran - qədim, köhnə
qoxu - iy
qol-qanad atmaq - şaxələnmək, yayılmaq, genişlənmək, inkişaf etmək, böyümək
qoruq - təbii-tarixi əhəmiyyətli bitki, heyvan və s. cinslərini qoruyub saxlamaq məqsədilə hökumət tərəfindən xüsusi mühafizə altına alınmış yer, meşə və s.
qoynuna almaq - ağuşuna, qucağına almaq
qubar - kədər, qəm, qüssə
qundaq - körpə uşaqları sarımaq üçün sarğı ləvazimatı
quraqlıq - havaların isti keçməsi ilə bərabər, uzun müddət yağış yağmaması üzündən torpaqda rütubətin çatmaması və bunun nəticəsində əkin və bitkilərin tamamilə, ya qismən quruyub tələf olması
ləngərləmək - yırğalanmaq, yellənmək
ləpir - iz
ləyaqət - insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu
maddə - burada: fiziki cisimlərin əsasını təşkil edən şey
memar - memarlıq mütəxəssisi, arxitektor
meydan oxumaq - müharibəyə, döyüşə, mübarizəyə çağırmaq, hədələmək
meynə - üzüm tənəyi
mədfən - qəbir, məzar
məğlub etmək - müharibədə, yarışda, mübahisədə və s.-də qalib gəlmək, üstün gəlmək
məhz - ancaq, yalnız, tək, təkcə
məxsus - yalnız birinə aid olan
məqbərə - qəbirlərin üzərində xüsusi tikili; türbə, mavzoley
məlhəm olmaq - təsəlli olacaq, təskin edəcək şey
mənfur - nifrət olunan, nifrətə layiq, çox pis, sevilməyən, istənilməyən
məskən - insanın yaşadığı yer, yurd, ev
məvacib - maaş, əmək haqqı
məzar - qəbir
miqyas - burada: say mənasında
müdhiş - dəhşətli, dəhşət doğuran, vahiməli, qorxunc
müsibət - faciə, bədbəxtlik, bəla, fəlakət
nəcib - nəcabətli, əsli olan, alicənab, təmiz, pak
nəfəsi dərmək - müvəqqəti rahatlanmaq, dincəlmək üçün dayanmaq, azacıq istirahət etmək, yorğunluğunu almaq
nəş - meyit, cənazə, ölü