Lüğət
abidə - tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl
acımasız - rəhmsiz, mərhəmətsiz
aciz qalmaq - bir iş görmək iqtidarından məhrum olmaq
ada - hər tərəfi su ilə əhatə olunmuş quru
aforizm - dərin mənalı fikri ifadə edən sabit söz birləşməsi və ya cümlə
ağlına batmaq - inana bilmək, mümkün hesab etmək, inanmaq
ahəngdar - uyğun, qaydalı
ahəngdarlıq - uyğunluq, müntəzəmlik
alışıb yanmaq - od tutub yanmaq, şiddətlə yanmaq, alovlanmaq
alqış qazanmaq - burada: müsbət münasibət
alt-üst olmaq - dağılmaq, darmadağın olmaq, puça çıxmaq, heçə çıxmaq
artel - müəyyən şərtlərlə bir yerdə işləmək üçün düzəldilən təsərrüfat birliyi; birləşmə, şirkət
ayrı-seçkilik - ədalətsizlik, bir tərəfin üstün tutulması
baş aça bilməmək - başa düşməmək, anlamamaq, qana bilməmək
baş çəkmək - hal soruşmaq, dəymək, yoxlamaq
bəhs - burada: bir əsərin müəyyən məsələyə həsr olunmuş hissəsi, fəsli, bölməsi
bəsit - mürəkkəb olmayan, sadə
biçmək - kəsmək, qırxmaq
büst - insan bədəninin beldən yuxarı hissəsinin heykəli
can atmaq - bir şeyi əldə etməyə və ya həyata keçirməyə həddindən artıq səy göstərmək, bütün varlığı ilə çalışmaq
can vermək - son dəqiqələrini yaşamaq, can üstə qoymaq
cəhd etmək - çox çalışmaq, səy göstərmək
cələ qurmaq - birinə qarşı hiylə qurmaq, tələ qurmaq
cəngi - qəhrəmanlıq və cəngavərlik ruhunda hava
cılız - çox arıq, balaca, zəif
cildçi - cild çəkən usta
cövlan - dolanma, hərlənmə
çevik - cəld
dağ çəkmək - yandırmaq, dərd və kədər vermək
daraq - burada: silahın sandığına keçirilən patronları yan-yana qoymaq üçün qab, qutu
daşını birdəfəlik atmaq - əl çəkmək, azad olmaq, yaxasını qurtarmaq
dayaq olmaq - kömək olmaq, arxa olmaq, müdafiə etmək
dəfn etmək - basdırmaq, torpağa təslim etmək
dəhliz - ev qapısı ilə otaqların qapıları arasında olan üstüörtülü aralıq, koridor
dəyirman - dəni üyüdüb una və ya yarmaya çevirmək üçün müxtəlif qurğuları olan karxana, müəssisə
dikdir - dik yer, kiçik təpə
donjon - qala içərisində qala
dövran - zaman, zəmanə, dövr, vaxt, çağ
dünyəvi - dünyaya aid olan, dünya ilə bağlı olan
düşmən kəsilmək - düşmən olmaq
ecazkar - möcüzələr yaradan, hər kəsi heyrətə salan
eqoist - özünü bəyənən, özünü yüksək tutan, ancaq öz mənafeyini düşünən adam
epiqraf - əsərin və ya onun bölmələrinin başlıqlarından sonra yazılan sözlər
etiraf etmək - öz qüsur və nöqsanını inkar etməyib, qəbul etmək, boynuna almaq
əbədiyyət - əbədilik, daimilik, həmişə var olan şey
əcdad - ata, babalar, ulu babalar
ədəb-ərkan - ədəb, tərbiyə, əxlaq, nəzakət qaydaları
əlacsız - davasız, dərmansız, sağalmaz, əlacı olmayan
əlçatmaz - yetişmək, nail olmaq, əldə etmək mümkün olmayan
əlini tuşlamaq - əli ilə bir şeyi və ya bir tərəfi göstərmək, əlini uzatmaq
əlil - xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş, şikəst
əl tutmaq - burada: kömək etmək
əsirgəmək - qıymamaq, qıyıb verməmək, xəsislik etmək
əskik - bütün olmayan, natamam, çatışmayan
əzəmətlə dalğalanmaq - təntənə ilə, vüqarla dalğalanmaq
faciə - dəhşətli, ağır nəticəli hadisə, fəlakət, müsibət, bədbəxtlik
fədakarlıq göstərmə - öz şəxsi mənafeyini ümumi işə və ya başqalarının işinə fəda etmə, həsr etmə, bu uğurda fədakarcasına çalışma, səy göstərmə
fürsət - münasib vaxt, məqam, bir işi görmək üçün əlverişli an
gilavar - cənub və cənub-şərqdən əsən külək
gövdə - burada: ağac gövdəsi, ağacın, ya kolun budaqlarını təpəsinə qədər saxlayan yerüstü hissəsi
göz qoymaq - burada: baxmaq
gözlərini çəkməmək - bir yerə baxıb durmaq, gözünü ayırmamaq