2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi:
“Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Prezidentin çıxışında hansı
milli-mənəvi dəyərləri
müəyyən edə bildiniz?
“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin
paytaxtı elan edirəm. Şuşa şəhəri
buna layiqdir. Hesab edirəm ki, Şuşa nəinki
Azərbaycanın, bölgənin mədəni paytaxtı
sayıla bilər”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Sizcə, nə üçün Prezident
Şuşanı “Azərbaycanın mədə-
niyyət
beşiyi” elan etmişdir?