4 | Dahi şəhər |
Səyahətimiz davam edir.
Bu rayonla Bakı arasındakı məsafə 310 km-dir.
Rayonun əsası 1827-ci ildə qoyulmuşdur. İlkin adı Qarabulaq
olmuşdur. 1959-cu ilin aprelində adı dəyişdirilmişdir.
Bura dahi şairlərimizdən birinin adı verilmişdir.
Azıx mağarasındakı tapıntılar buranın ən qədim insan
məskəni olduğunu sübut edir.
Sizcə, söhbət hansı rayondan gedir?
Rayon qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, qeyri-adi flora və faunası, füsunkar təbiəti, mineral maddələrlə zəngin bulaqları ilə də məşhur idi. İşıqlı, Böyük Bəhmənli və Seyidəhmədli kəndlərində yaşı 1400 ilə çatan şərq çinarları təbiət abidəsi kimi mühafizə edilirdi.
Ərazini virtual
səyahətə çıxın.