3 | “Danışan” abidələr |
Örənimək bir çox rayon- larda işlənən dialekt sözdür. Ərazinin yaşıllığının olmaması, otunun qurtarması deməkdir. Mətndə dağılarmış mənasına uyğun gəlir.
Beyləqan vaxtilə yaşıllıqlarla əhatə olunmuş möhtəşəm bir qala-şəhər olmuşdur. O, Azərbaycanın iki qədim şəhərinin - Ərdəbil və Bərdə arasında yaşayış məntəqəsi idi. Karvan yolları da buradan keçirdi.
Mil düzündə, Kəbirli kəndi yaxınlığında üzüm bağları və pambıq tarlaları vardır. Onların arasında 6-9 m hündürlüyündə təpələr bu qədim şəhərin xarabalıqlarıdır. Yerli camaat buranı Örənqala adlandırır.
Qazıntılar zamanı tapılan saxsı qablardan onların Beyləqanda hazırlandığı məlum olur. Bu da Örənqalanın qədim Beyləqan şəhəri olduğunu təsdiq edir. Qala divarlarının uzunluğu 2400 m, hündürlüyü 8 m, qalınlığı 6 m-ə yaxın olub. XII-XIII əsrlərdə Beyləqan Yaxın Şərqin sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi olmuşdur. 1221-ci ilin payızında monqol ordusu Beyləqanı mühasirəyə almış və təslim olmaq tələbi ilə şəhərə elçi göndərmişdir.
Şəhər əhalisi təslim olmaqdan imtina etmişdir. Qızğın döyüşlərdən sonra qala divarlarını dağıdan monqollar şəhəri yandırmışlar.
Füzuli Sabiroğlu