Səyahətə çıxmaq üçün sizə plan təqdim edirik.
Nümunə: XƏZƏR RAYONU
Xəzər rayonu qədim yaşayış məskənlərindən biridir. O, Abşeron yarımadasının şimal-şərqində yerləşir. Xəzər rayonu Sabunçu, Suraxanı və Pirallahı rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 336,86 kv. km-dir. Burada 8 yaşayış məntəqəsi var: Mərdəkan, Buzovna, Şüvəlan, Binə, Qala, Şağan, Zirə, Türkan. Rayonda eramızdan əvvəllə aid kurqanlar, tarixi-memarlıq abidələri, qalalar, tikililər, türbə və məscidlər, qayaüstü rəsmlər vardır.
Mərdəkan, “Heydər cümə” məscidi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu yaradılmışdır. Qoruqda 234-ə yaxın həyət, məscid və hamam vardır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur.
Ən qədim abidə e.ə. III minilliyə aid olan qədim insan yaşayış məskənidir. Deməli, Qala kəndi ərazisində hələ qədimdən insanlar yaşamışlar. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olmuşdur.
Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu. Dublalı ev