Araşdırma. MİRVARİ NƏDİR VƏ NECƏ ƏMƏLƏ GƏLİR?
DEBAT
Mirvarinin yaranması bir canlının həyatına son qoyur.
İnsanlar dəniz ilbizləri ilə hələ çox qədimlərdən tanışdırlar. Onların qida məhsulu kimi istifadəsinin 2000 ildən artıq tarixi vardır. XIX əsrin əvvəllərində Fransa və İngiltərədə dəniz ilbizləri kasıb insanların qidası hesab edilirdi.
Onların daimi ovlanması ilbizlərin nəslinin kəskin şəkildə azalmasına səbəb oldu. Nəhayət, XIX əsrin II yarısında qəfildən dəniz ilbizləri bahalaşdı. Hazırda onlar bir çox ölkələrin mətbəxində delikates hesab edilir.
Dəniz ilbizi yeganə canlıdır ki, süfrəyə diri halda verilir.
Qədimdə romalılar onu Qaliyadan gətirirdi. Məsafənin uzaqlığı onların diri gətirilməsinə imkan vermədiyi üçün onun yeməli hissəsini kəsib götürür, kip bağlanmış amforalarda saxlayırdılar.