- Ay baba, daha bundan gözəl nə olar? - Gülbala sevincindən atılıb?düşdü. - Gəl Xoşbəxtliyi evimizə aparaq. Bizim də üzümüz gülsün, həmişə xoşbəxt olaq!
Piri baba üçüncü mirvariyə müraciət etdi:
- Bəs sənin adın nədir?
- Dostluq-doğruluq!
– Bax, bala, yapış Dostluq-doğruluqdan, onu özümüzlə aparaq!
- Niyə, ay baba? Quru dostluqdan, doğruluqdan nə çıxar?
- Dostluq-doğruluq heç də quru, boş şey deyil, oğul. Bir gün dövlət əldən gedə bilər.
Gülbala soruşdu:
- Bəs xoşbəxtlik necə, baba?
- Oğlum, bir gün qəfil bədbəxtlik baş verib onu çox ağır vəziyyətə sala bilər.
Gülbala yenə soruşdu:
- Bəs dostluq necə, baba?
- Dostluq hər zaman sənin karına gələ bilər. Dövlətini itirib yoxsullaşanda həqiqi dost qolundan yapışar, dayaq olar. Qoymaz ki, sən ona?buna əl açasan. Doğru dost son tikəsini də səninlə bölüşər. Sənsiz boğazından bir qurtum su da keçməz!
Piri babanın müdrik sözlərini diqqətlə dinləyən Gülbala sal qayaya qalxdı. Dostluq-doğruluq incisini götürüb bağrına basdı. Aşağı düşdü, qaça?qaça evlərinə apardı...
Süleyman Rəhimov
Siz nəyi
seçərdiniz?
Əgər mənə təklif olunsaydı, mən … seçərdim, çünki … .