8 | Üç mirvari (ixtisarla) |
Göy rəngdə verilmiş sözlər
bitişik, yoxsa ayrı yazılmalıdır?
1 Bir dəfə səhər tezdən yerindən qalxıb həyətə düşən baba və nəvə qum üstündə qəribə ləpirlər gördülər.
Bu ləpirlər böyük balıq?qulağının izinə oxşayırdı. Piri baba ilə Gülbala birbirinin üzünə heyrətlə baxıb dinməz-söyləməz ləpirlərin izinə düşdülər.
2 Qədim zamanlarda Nardaran qalasının qırağında, Xəzər dənizinin yaxınlığında bir ev var idi. Piri baba nəvəsi Gülbala ilə bu evdə olurdu. Baba və nəvə gün çıxandan gün batana qədər qonşuların bağ?bağatında işləyir, meynələrin dibini belləyir, bostan becərir, pis?yaxşı dolanırdılar.
3 Gedib Xəzərin sahilində ətəklərini dalğalar döyəcləyən sal qayaya çatdılar.
Gördülər ki, üç mirvari balıqqulağıdan çıxıb və qayanın üstündə qərar tutub.
Piri baba nəfəsini dərib incinin birindən soruşdu:
- Adın nədir?
- Var?dövlət!
Gülbala babasına dedi:
- Gəl Var-dövləti evimizə aparaq, yoxsulluğun daşını birdəfəlik ataq!
Piri baba əlini qaldırdı, nəvəsini səbirli olmağa çağırdı:
- Qoy o birindən soruşaq!
- Sənin adın nədir?
- Xoşbəxtlik!