Novruz Azərbaycanda təntənəli şəkildə keçirilən milli bayramlarımızdan biridir.
Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı milli xüsusiyyətlərinə uyğun mövsüm və mərasim nəğmələri yaratmışdır.
Azərbaycanda Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamış, mahnılar qoşmuşdur.
Torba atmaq, tonqalın üstündən tullanmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək, yaşlıları ziyarət etmək, ailə üzvlərinin sayı qədər şam yandırmaq, insanların birliyinin rəmzi olan yallı rəqsinin ifası, küsülülərin barışması, xoruz döyüşdürmək və s. Novruz və çərşənbələrdə icra edilən maraqlı adətlərdir.
Bu il Novruz bayramı daha əlamətdar hadisələrlə yadda qaldı.
Sizcə, hansı əlamətdar hadisələrdən söhbət gedir? Bu əlamətdar hadisələrlə bağlı bizə hansı məlumatı verərdiniz?