Kiçik ağac isə toxumların təklifinə çox sevindi. Susuz qala biləcəyini heç düşünmədən onların təklifini qəbul etdi: “Sizinlə birlikdə olmaq məni sevindirir. Gözəllik yaradanlardan heç kimə ziyan gəlməz”.
Kiçik ağacın altında cücərən toxumlar bir neçə həftə içində açılıb bütün bağçanı gözəlliyə bürüdü. Onlardan bəziləri tünd-qırmızı, digərləri açıq-bənövşəyi, mavi və çəhrayı rəngdə idi. Balaca limon ağacı onlara əlindən gəldiyi qədər kömək edirdi. Yarı günəşli mühitdə boy atan irili-xırdalı çiçəklər üçün gübrə hazırlayırdı: köhnə yarpaqlarını tökürdü.
Qısa bir müddətdən sonra bağçaya qeyri-adi qoxular yayılmağa başladı. Bağça sahibi bu günə qədər bu qoxunu heç yerdə duymamışdı. Bu qoxunun balaca, rəngbərəng çiçəklərdən gəldiyini bildikdə (heyrətə düşdü, heyrətləndi). Bağban səhərlər erkəndən qalxır, bu gözəl çiçəkləri bol-bol sulayır, onlara gübrə verirdi.
Kiçik limon ağacı da çiçəklərlə birlikdə su içir və sürətlə qol-qanad atırdı. Çiçəkləri sevgi ilə qəbul edən balaca ağac o bağçanın ən böyük ağacı oldu. Budaqları açıq-yaşıl yarpaqlarla örtüldü. Agac öz ağ çiçəklərini açaraq bağçanın gözəlliyinə gözəllik qatdı. Bir-birindən gözəl kəpənəklər buram özünə məskən seçdi.
Yalnız qalmış əvvəlki “böyük” limon ağacı isə qonşusuna paxıllıq edir, qısqanclıqdan için-için quruyurdu.
Sizcə, nə üçün böyük sözü dırnaq içərisində yazılmışdır?