7 | Limon ağacı |
"Su kimi aləmə həyat ver, can ver,
Hər rəngə uyğunlaş, dərdə dərman ver."
Bir bağçada yan-yana əkilmiş iki limon (ağacı, kolu) vardı. Limon ağaclarından biri qollu-budaqlı, digəri daha cılız və meyvələri dadsız idi. Ona görə də böyük ağac fürsət düşdükcə onu acılayır, ona yuxarıdan aşağı baxardı. Ev sahibi də kiçik boylu limon ağacından ümidini kəsmişdi. Kiçik ağacın bir müddətdən sonra quruyacağını düşünürdü. Ona görə də ağaca yaxşı qulluq etmir və vaxtlı-vaxtında sulamırdı.
Bir gün əsən küləklər uzaq-uzaq diyarlardan bağçaya xeyli çiçək toxumu gətirdi. Toxumlar üçün yalnız limon ağaclarının altında yer var idi. Toxumlar limon ağaclarının yanına gələrək onların altında yerləşmək üçün icazə istədilər. Böyük ağac özünü dartaraq: “Əsla qəbul etmərəm! Əgər dibimdə (məskən, yer) salsanız, suyu çəkib məm qurudarsınız. Mən susuzluğa tab gətirə bilmərəm”, - dedi.
Əslində, ...
Cümləni tamamlamaq üçün hansı cavabı seçərsiniz?