Afina gülümsəyib fleytanı Marsidən aldı. Fleytanı dənizin köpüyündə yuyub dedi:
- Get və mahnılarını tarlada ifa et. Amma hər gün bura gəlib mənim üçün çalmağı da unutma.
Marsi tarlaya getdi. Fleytanı çalmağa başladı. Marsi çaldıqca tarla sünbüllərlə doldu. Buğda sünbüldən ayrılıb təpələr yaratdı. Dəyirman işə düşüb buğdanı üyütdü. Üyüdülmüş buğda kisələrə doldu. Un kisələri yan-yana düzüldü.
Marsi un dolu kisələri kəndin çörək bişirənlərinə payladı. Əvəzində çörək, süd, qatıq, pendir, yumurta və başqa ərzaqlar aldı.
Marsinin vəzi...əti yaxşılığa doğru dəyişirdi. Artıq onun inəyi, toyuqları var idi. İnək hər gün süd verir, toyuqlar yumurtlayırdı.
Marsi minnətdarlıq əlaməti olaraq hər gün dənizin sahilinə gedib fleyta çalırdı. O, kasıblara da əl tuturdu. Ona görə də camaat onu sevməyə başlamışdı.
Hamını bir şey düşündürürdü. Çox qəribədir, Marsi bütün günü musiqi ifa edir. Məhz bu qədər ağır işləri nə zaman görürdü? Axı bu işlər xeyli vaxt və zəhmət tələb edirdi. Heç kəs bu qəfil qoçaqlığın sirrindən baş aça bilmirdi.
Sən demə, Efialt Marsini izləyirmiş ki, sirrini öyrənsin. Nəha...ət, o, fleytanın sirrini öz gözləri ilə görür. Efialt kasıb deyildi. Sadəcə, var-dövlət hərisi olan orta yaşlı adam idi.
Efialt gecə Marsinin fleytasını oğurladı. Özünün heyva bağına gəldi. Fleytanı çalmağa başladı.
Sizcə, nə baş
verəcək?
Marsi sübh tezdən oyandı. Hər tərəfi axtarsa da, fleytanı tapmadı. Kor-peşman yenisini düzəltməyə başladı. Bir neçə gündən sonra Marsi dənizin sahilinə getdi, çox gözlədi, amma Afina sahilə çıxmadı ki, çıxmadı.
Afina ondan incimişdi. Əslində, Efialtın dənizə atdığı fleytanı özü götürmüşdü. Ancaq elə düşünürdü ki, fleytanı dənizə Marsi atıb. Musiqiçi kədərini dağıtmaq üçün yeni düzəltdiyi fleytasını çalmağa başladı.
Əfsanə Əliyeva