6 | Fleyta (ixtisarla) |
"Heç də taleyindən gileylənmə sən,
Təmiz əməlinlə yaşa gülər, şən.
Hər kəsin taleyi öz əlindədir,
Zəhmətlə səadət taparsan hökmən."
Hansı düzdür?
vəziyyət - vəziyət
nəhayyət- nəhayət
Hansı düzdür?
[tənbəl] | [təmbəl] |
[sünbül] | [sümbül] |
[nəhəng] | [nəhənk] |
Birdən-birə sirli şəkildə varlanan yoxsul kəndli Marsi Egey dənizinin sahilində yaşayırdı.
Marsi çox tənbəl idi, işləməyi sevməzdi. Heç nə düşünmək istəmirdi. Günü musiqi alətləri düzəltmək və onları çalmaqla keçirdi. Ən sevdiyi aləti - fleytanı isə həmişə özü ilə gəzdirirdi. O, ecazkar musiqilərini Egey dənizinin sahilində ifa edirdi.
Dənizin dərinliyində Afina adlı gözəl bir pəri yaşayırdı. Afina musiqinin səsi ilə yuxuya gedir, bu səslə də oyanırdı.
Afina Marsinin yoxsul olduğunu bilirdi.
Bir axşam Marsi yenə Egey dənizinin sahilinə endi. Nəhəng dalğalar sahilə çırpılır, sahil qumunu yuyub aparırdı. Gecəyə qədər fleyta çaldı. Yorulub yatdı. Onu üz-gözünə, üst-başına çırpılan dəniz suyu yuxu dan oyatdı. Gözlərini açmışdı ki, qarşısında uzun saçlı, buz taclı, yosun libaslı Afinanı gördü. Marsi heyrət içində ayağa qalxdı.