Şəkillər əsasında danışın.
3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. 1992-ci il oktyabrın 14-də BMT 3 dekabr tarixinin “Əlil İnsanların Beynəlxalq Günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
Əziz dostlar!
Ətrafınızda sizin yardımınıza və
qayğınıza ehtiyacı olanların
olduğunu unutmayın.
Unutmayın ki, sağlamlıq imkanı məhdud uşaqların daxilində böyük bir potensial yatır. Siz bu potensialdan faydalana bilərsiniz.
Bildiyiniz faktları
siz də deyin.