Çempionatın ilk günündə uşaq həyəcanla rinqə çıxır. Döyüş başlayan kimi cəld bildiyi tək hərəkəti s...rətlə işlədir və qalib gəlir. Beləcə, yarımfinala kimi rəqiblərini məğl...b edir. Finalda bütün m...sabiqələrin qalibi olan ən güclü cüdoçu ilə qarşılaşmalı olur. Oğlan müəlliminə deyir:
- Müəllim, təsadüfən bu yerlərə qədər gəlib çıxdıq, ancaq rəqibimə baxın! Mən onunla yarışa bilmərəm. Bu yerə qədər gəlmək məni qane edir. İcazə verin, yarışmadan geri çəkilim!
- Olmaz! Özünə inan, çıx və döyüş! Sən bunu bacaracaqsan! Məğlub olsan da, qürurlu ol, ancaq meydandan geri çəkilmə! - deyə müəllim onu qələbəyə ruhlandırır.
Uşaq çarəsiz bir şəkildə rinqə çıxır. Fürsət düşdüyü an bildiyi fəndi işlədərək rəqibinə qalib gəlir və çempion olur. Kuboku alan kimi müəlliminin yanına qaçır:
- Müəllim, axı mənim bir qolum yoxdur və bildiyim tək hərəkət var. Necə oldu ki, mən qalib gəldim?
Müəllim ona belə cavab verir:
- Bax, oğlum! Bir ildən artıqdır ki, tək hərəkət üzərində məşq edirdin. O qədər çox çalışdın ki, bu hərəkəti səndən daha yaxşı edən olmadı. Bu isə sənin səbirli olmağının, səylə çalışmağının, həm də özünə güvənməyinin nəticəsidir. İnsanların əskik hesab etdiyi bəzən onların ən güclü tərəfləri ola bilər.
Müəllimin sözləri və məsləhətləri uşaq üçün bir həyat dərsi oldu.
Həyatda belə hadisə ilə qarşılaşmısınızmı? Kimdəsə özünəinam yaratmısınızmı?
Yaxud əksinə, özünüzə güvənmək üçün kimsə sizə yardım edibmi? Nəticəsi nə olub?
1. Fiziki qüsur həyatda uğur qazanmağa əngəl ola bilməz.
2. Müəllim təkid etsə də, uşağın səyi nəticəsiz qaldı.
3. Özünəinam həyatın qüvvəsidir.
4. Səbir və cəsarət insanı qələbəyə doğru aparan müsbət keyfiyyətlərdəndir.
5. Uşaq birinci yarışdan sonra bir daha rinqə çıxmadı.
6. Məğlub olmaq hər şeyin sonu deməkdir.
A) 1, 4, 5 B) 1, 3, 4 C) 3, 4, 6 D) 1, 2, 6