Uşaq bütün gün deyil, bütün həftə ərzində yalnız bu hərəkət üzərində işləyir. Sonra müəllimdən soruşur:
- Müəllim, bir həftə ərzində eyni hərəkəti məşq etmişəm. Üzərində işləyib öyrənmişəm. Artıq başqa bir hərəkətə keçə bilərikmi?
Müəllimin cavabı çox qısa və konkret oldu:
Təxminim:
Sizcə, müəllimin
cavabı necə olacaq?
Əslində:
Bir müddət sonra uşaq yenə də eyni xahişlə müəlliminə müraciət edir. Müəllim cavabında deyir:
- Dünyada bu hərəkəti ən s...rətlə edən idmançı sən olmadıqca başqa hərəkətə keçə bilmərik!
Növbəti aylarda da uşaq yorulmadan eyni hərəkət üzərində çalışır. Bir gün müəllim bildirir ki, o, ölkə daxilində keçirilən milli cüdo çempionatında iştirak edəcək və ilk dəfə olaraq döyüşə çıxacaq. Uşaq əvvəlcə eşitdiklərinə inanmır. Sonra həyəcanlı bir səslə müəlliminə deyir:
- Həm bir qolum yoxdur, həm də bildiyim yalnız tək hərəkət var. Ölkə çempionatında qalib olmağa axı heç bir şansım yoxdur.
Müəllim onun etirazını qəbul etmir və keçiriləcək yarışda onun iştirak edəcəyini, qələbənin onun özündən asılı olduğunu deyir.
1. Ailə və müəllim oğlanın qələbəsini təmin edir.
2. Ailə və müəllimin birgə fəaliyyəti oğlanın qalib gəlməsinə səbəb olur.
3. Oğlanın özünə inamı onun qələbəsini təmin edir.
4. Atanın və müəllimin təkidləri onun qalib gəlməsinə səbəb olur.