doğramaq, amputasiya etmək, kəsmək
1. Ağacın qurumuş budaqlarını ...
2. Əti ... üçün iti bıçaq gətirdilər.
3. Müalicəsi mümkün olmadığına görə xəstənin qolunu ...
Ata evə gəlir. Baş verənləri oğluna danışır. İdmançının sabah onları gözlədiyini bildirir. Uşaq dodaqlarını büzərək ağlayır: “Bu tək qolumla nə edəcəyimi düşünmüsənmi, ata!”
Ertəsi gün ata çətinliklə də olsa, oğlunu yola gətirib müəllimin yanına aparır. Müəllim uşağı məktəbə dəvət edir. Uşaq əvvəlcə etiraz edir, lakin müəllimin fikrinin ciddi olduğunu görüb məktəbə daxil olur. Müəllim onu məşq otağına gətirir. İsinmə hərəkətlərindən sonra müəllim ona bir hərəkət göstərir və deyir:
- Bütün günü bu hərəkəti məşq edəcəksən.