Mağazanın müdiri bir az fikirləşdi. Nəhayət, o, Səidə dedi:
- Ehtiyac olduqca bizə kömək etsən, paltarı götürüb apara bilərsən.
- Elə indi başlayım?
Kişi başını tərpətdi...
Reyhan Yusifqızı
İstiqamət:
Hekayəni yazmaq üçün plan hazırlayın. | |
Plan əsasında hekayəni yazın. | |
Hekayəni qruplara bölünərək yaza bilərsiniz. |
“Mavi don” mətninin ardını müəllimin ifasında dinləyin. |
|
“UŞAQ HÜQUQLARI HAQQINDA” QANUNU |
Maddə 24. Uşağın əmək hüquqları
Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır.
Uşaqların əmək hüququnun yaranma- sının və həyata keçirilməsinin şərtləri Azərbaycan Respublikasının əmək qanun vericiliyi ilə müəyyən edilir.
Maddə 42. Əmək müqaviləsinin tərəfləri
Maddə 248. Yaşı 18-dən az olan şəxslərin işə düzəlməsində təminatları
Yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz.
Maddə 249. İşə qəbul zamanı yol verilən yaş həddi
Maddə 250. Yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlər
Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən yerlərdə,... həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.