DOĞMA DİLİM
Giriş hissə
→
Dil ünsiyyət vasitəsidir. İnsanlar dilin vasitəsilə bir-biri ilə danışırlar. Onlar fikirlərini çatdırır, hisslərini, düşüncələrini bölüşürlər.
Dil bizi yaxınlaşdırır, səmimi münasibətlər yaradır.
Əsas hissə
→
Mənim ana dilim Azərbaycan dilidir. Azərbaycan dili müstəqil ölkəmizin dövlət dilidir. Bu dildə söz ustaları əsərlər yazır, bəstəkarlar mahnılar bəstələyirlər.
Dilimizin tarixi çox qədimdir. Bu dildə çoxlu bayatılar nəğmələr atalar sözləri, nağıllar yaranmışdır. Bu nümunələr xalqımızın tarixi, babalarmızın, nənələrimizin həyat tərzi, adət-ənənəsi haqqında bizə məlumat verir.
Azərbaycanlılar müxtəlif ölkələrdə yaşayırlar. Dilimiz bizi birləşdirən ən vacib amildir. Bu dil “azadlıq” “qələbə” “Azərbaycan bayrağı” “Yaşasın Azərbaycan xalqı" kimi söz və ifadələrini qürurla səsləndirdiyimiz dövlət rəmzlərindən biridir.
Nəticə
→
Ana dilimiz bizim şərəfimizdir O, babalarımızdan bizə qalan qiymətli mirasdır.
Ailədə də, məktəbdə də bizə aşılanan dəyərlərdən biri məhz ana dilimizə olan sevgi və hörmət hissidir.
Biz onu sevməli, qorumalıyıq.
İstiqamət:
Esse yazarkən
Həcm 15-25 cümlə
1. Sadə cümlələrdən istifadə edin.
2. İsim və sifətlərdən yerində istifadə edin.
3. Xüsusi isimlərin yazılışına diqqət yetirin.