- Məktubu bəyəndinizmi? Nə üçün? Sizə belə məktub yazılsa idi, əlavə nələri eşitmək
istərdiniz?
- Mətndə qızın saf qəlbli, insansevər olması hansı cümlədə ifadə olunmuşdur?
- Atanın məsləhəti qızında hansı dəyərləri formalaşdıra bilər?
- Atanın qızına verdiyi nəsihətlər Nizaminin hansı misraları ilə eyni fikri ifadə edir?
- Nizami Gəncəvinin “Oğluma nəsihət” şeiri və Vüqar Adilin “Qızıma məktub” mətnindəki
hər iki ata obrazının oxşar və fərqli cəhətlərini müəyyənləşdirin.
- Ailədə qarşılıqlı inam, etibar, hörmət, sevgi olmasa, nə baş verər? “Dünya içində bir
aləm” mətnində ailənin necə təqdim olunduğunu xatırlayın və müqayisə aparın.
- Hər iki ata nə üçün peşə seçimini övladının ixtiyarına buraxır? Sizcə, sevmədiyin peşə
ilə məşğul olmaq, bu peşədə çalışmaq hansı nəticələrə gətirib çıxarar? Fikirlərinizi
nümunələrlə əsaslandırın.
- Sxem əsasında danışın.
- Hər bir əsərdə valideyn övladı üçün narahatdır. Bu narahatlığın səbəbi nədir?
- Sizcə, insan niyə tərbiyəli olmalıdır? İnsanın tərbiyəsi, sağlam ruhda böyüməsi istiqamətində
sizə verilən məsləhətlərdən hansıları səsləndirə bilərsiniz? Həmin məsləhətlərə
əməl etməklə hansı nəticəni əldə etdiyinizi söyləyin.
- “Cəmiyyət və insanlıq üçün yararlı olmaq” dedikdə nə başa düşürsünüz? Hər iki
mətndə bu fikirlər necə təqdim olunur?
- Sualı cavablandırmaq üçün “Şarların köməyi” “Pərvizin həyatı” “Daş adamlar”
və digər mətnlərdən də istifadə edə bilərsiniz.