TELEQRAMIN HAZIRLANMASI
Teleqramın yazılmasına verilən tələblər
ADDIM 1. Teleqramın məzmunu yığcam, aydın, mənalı və anlaşıqlı yazılmalıdır.
ADDIM 2. Mətndə ikimənalı, təhrif olunmuş sözlər olmamalıdır (Məsələn; həyat yerinə həyət sənət yerinə sənəd yazılmamalıdır).
ADDIM 3. Teleqramda rəqəmlər, adətən, hərflə yazılmalıdır.
ADDIM 4. Məlumat göndəriləcək şəxsin adı, ünvanı dəqiq və düzgün olmalıdır.
Nümunə:
Teleqram
Sizcə, müasir dövrdə teleqrama ehtiyac varmı? Fikirlərinizi nümunələrlə əsaslandırın.