- Dahi şairimiz Nizami Gəncəvinin yazdığı kəlamlara uyğun atalar sözləri deyin.
- Verilmiş aforizmlərin ideyasını bir cümlə ilə ifadə edin.
- Şairin aforizmlərindən hansını “Baxmaq və görmək” mətni ilə əlaqələndirmək olar? Niyə
belə hesab edirsiniz?
- “Eşitməmisənmi bu məhşur sözü,
Hər kim quyu qazsa, düşəcək özü” misralarına uyğun gələn bənd hansıdır? Həmin
bəndi seçin.
-
Dünyanın işini yaxşı düşün sən,
Nə əksən, onu da sən biçəcəksən.
Yaxşı iş də görsən, pis iş də, inan,
Unutmaz onları bu qoca dövran.
-
Pisdən yaxşılıqla qorunmaq mümkün
Dünyada yaxşılıq hər şeydən üstün.
- Aforizmlərdə ifadə olunan fikirlərə münasibət bildirin.
- Nizami hikmətli kəlamları ilə gənclərə hansı məsləhət və tövsiyələri verir?
- Nizaminin aforizmlərini ifadə etdiyi ideyaya görə aşağıdakı cədvəl əsasında qruplaşdırın.
zəhmət,
əmək
|
yaxşı dost |
dostluq |
birlik |
ağıl |
xalqa
xidmət |
ətrafa
hörmət |
insanlara
yardım |
sədaqət,
etibar |
|
7 |
... |
... |
... |
... |
... |
... |
... |
... |
... |
- Hansını müəyyən edə bilmədiniz?
- Sonuncu xanada nöqtələrin yerinə nə yazardınız?
- Yaxşılıq nədir?
- Kiməsə yaxşılıq etmişsinizmi?
- Yaxşılıq etdiyiniz kim olub?
- Etdiyinizi nə üçün yaxşılıq hesab edirsiniz?
- Sizə hansı yaxşılıq edilib?
- Nə üçün sizə edilənin yaxşılıq olduğunu
düşünürsünüz?
- Həmin hadisəni və fikirlərinizi dostlarınızla
bölüşün.