Məşhur ingilis fiziki Faradey uşaqlıqda bir cildçinin yanında şagird işləyirdi. Bir gün Faradey “Britaniya ensiklopediyası ”nı cildləyərkən elektrik bəhsi mövzusu gözünə sataşdı. O gündən Faradey özündə elmə qarşı böyük bir maraq hiss etdi. Bu maraq onu dövrünün ən böyük alimlərindən birinə çevirdi.
Meduzaların suda hərəkəti reaktiv raketlərin hazırlanmasına başlanğıc verdi.
Samuel Braun Tvid çayı üzərində körpü tikmək istəyirdi. Bir gün həyə tində bir hörümçək toru gördü. Artıq o, dəmir iplərdən və zəncirlərdən asma körpünü necə çəkəcəyini yaxşı bilirdi.
Klayd çayının altından su borusu keçirmək lazım idi. Bir gün Ceyms Vatt süfrəyə gətirilən bir dəniz xərçənginin qabığına diqqət yetirdi. Onun qabığı müşahidə etməsi və öyrənməsi dəmir borunun icad edilməsinə səbəb oldu.
“Ailəm” jurnalı