Uşaqlar üçün kiçik kinozal 20 nəfər tutur. Bazar günü səhər seansına cəmi 16 bilet satılmışdı. Günorta seansına isə bütün biletlər satılıb qurtardı. Seansın başlanmasına bir neçə dəqiqə qalmış daha iki nəfər filmə baxmaq istəsə də, bu mümkün olmadı.
Müzakirə edək:Su buxarı havada daim mövcuddur. Bu, havanın rütubətliliyi adlanır. Su buxarının miqdarı kinozalda olan uşaqların sayı kimi müəyyən həddə qədər ola bilər. Daha sonra hava su buxarı ilə doyur. Müəyyən hündürlükdə havanın temperaturu azalır, oradakı su buxarı kiçik damcılara çevrilir və bulud yaranır. Su damcılarının miqdarı artdıqca damlalar böyüyür və ağırlaşır. Daha sonra isə atmosfer yağıntıları şəklində Yerə düşür.
Atmosfer yağıntıları yağış, dolu və qar formasında ola bilər.