Pəncərədən baxın. Havanın hazırkı vəziyyətini şərh edin:
Hava şəraitinə dair dəqiq məlumatları televiziya, radio və internetdən almaq mümkündür. Hava atmosferin müəyyən anda müşahidə edilən vəziyyətidir. Havanın temperaturu və rütubətliliyi - onun elementləridir.
Temperatur günəş şüalarının Yer səthinə düşdüyü bucaq ilə bilavasitə əlaqədardır. Yayda günəş şüaları Yer səthinə böyük bucaq altında düşür. Buna görə havanın temperaturu daha yüksək olur. Qış aylarında isə əksinə, günəş şüalarının düşmə bucağı kiçik olduğuna görə hava soyuq olur.
Havada temperatur və rütubətin dəyişməsini öncədən xəbər vermək mümkündür. Bu, havanın proqnozu adlanır.