Düzənliklər - dağlardan fərqli olaraq yaşayış üçün daha əlverişlidir. Orada yolların çəkilməsi, binaların tikintisi, yaşayış məntəqələrinin salınması asandır. Düzənliklər əkinçilik üçün də yararlıdır. İnsanlar xüsusilə çay və dəniz sahilləri boyunca yerləşən düzənliklərdə məskunlaşmağa üstünlük verirlər.
Cədvəli çəkin və tamamlayın.
Dünyanın fiziki xəritəsindən istifadə etməklə Amazon ovalığı və Orta Sibir
yaylasını müqayisə edin.
Orta Sibir | Amazon | |
Hansı yarımkürələrdə yerləşir | ||
Hansı ölkənin ərazisindədir | ||
Fiziki xəritədə hansı rənglərdə təsvir olunmuşdur | ||
Hündürlüyünə görə düzənliyin hansı növünə aiddir |
Dağlar zaman keçdikcə dağılır, hamarlanır və _ çevrilir. Onlar dəniz səviyyəsindən 200 metrə qədər hündürlükdə yerləşirsə,__ adlanır. __ dəniz səviyyəsindən 200 metrdən 500 metrə qədər hündürlükdə yerləşir.__ hündürlüyü isə 500 metrdən artıqdır.
Yayla
Ovalıq
Yüksəklik
Düzənlik
Cədvəli çəkin. Dünyanın fiziki və siyasi xəritələrindən istifadə edərək aşağıdakı düzənliklərin harada yerləşdiyini müəyyənləşdirin və cədvəli doldurun.
Düzənliklər | Ölkə | Materik |
Mesopotamiya | ||
Amazon | ||
Qərbi Sibir | ||
Dekan | ||
Hind-Qanq | ||
Orinoko | ||
Kür-Araz |