Xarici qüvvələrə Yerin səthində baş verən suyun, küləyin, temperatur dəyişmələrinin, canlı orqanizmlərin fəaliyyəti daxildir.
Bu qüvvələrin təsiri altında dağlar parçalanır, onların yerində qəribə formalı “şahid” dağlar əmələ gəlir. Lakin müəyyən müddətdən sonra onlar da məhv olur. Parçalanmış süxurlar ətraf çökəkliklərdə toplanır. Çökəkliklər tədricən hamarlanır və düzənliklərə çevrilir.
Düzənliklərdə hündürlüyü 200 m-ə qədər olan təpələr də ola bilər. Düzənliklər hündürlüyünə görə 3 qrupa bölünür: ovalıq, yüksəklik və yayla.
Düzənliklərin hündürlüklərinə görə müxtəlifliyi
Bəzən düzənliklər okean səviyyəsindən aşağıda da yerləşir; məsələn, Kür-Araz, Xəzəryanı ovalıqlar. Dünyanın böyük düzənlikləri - Amazon, Qərbi Sibir, Böyük Çin, Mesopotamiya ovalıqları, Braziliya, Orta Sibir, Dekan və s. yaylalarıdır.