Dağların hündürlüyünə görə müxtəlifliyi
Dağlar əmələ gəldiyi vaxtına görə də bir-birindən fərqlənir, yəni qədim və cavan olur. Cavan dağlar hündür və yamacları dik olur. Zaman keçdikcə dağların hündürlüyü və yamaclarının dikliyi azalır, onlar qocalır.
Dağlıq ərazilərdə binaların tikilməsi, yolların çəkilməsi çətindir. Bu yerlərdə tez-tez təhlükəli daş və qar uçqunları baş verir. Dağlar əkinçilik üçün də əlverişsizdir. Buna görə də orada yaşayanlar ev heyvanları saxlamağa üstünlük verirlər.
Dağlar füsunkar gözəlliyə malikdir. Dağda yaşayan insanlar daha sağlam və uzunömürlü olurlar. İri şəhərlərdə yaşayanlar turizm- istirahət üçün dağlara getməyə maraq göstərirlər.