Hesab edin ki, dağıdıcı zəlzələ baş vermişdir. Bu zaman yerli əhali, hakimiyyət
orqanları və fövqəladə hallar komissiyasının vəzifələri barədə tədqiqat
aparın: üç qrupa ayrılın (A). Uyğun açar sözlərdən istifadə edərək
vəzifələrin bölüşdürülməsi (B) və necə yerinə yetirilməsi barədə fikirlərinizi
əsaslandırın.
A
Qruplar
1-ci qrup |
Sakinlər |
2-ci qrup |
Ölkə və yerli hakimiyyət orqanları |
3-cü qrup |
Fövqəladə hallar komissiyası |
B
Açar sözlər
Sakinlər |
Hakimiyyət orqanları |
Fövqəladə hallar komissiyası |
Zəlzələ zamanı əhalinin
davranış qaydaları; könüllü
xilasedicilər;
qohum və yaxın adamlara
müvəqqəti sığınacaq
və qida yardımı; xəsarət
alanlara təcili
yardım.
|
Dövlətə və əhaliyə dəyən
ziyanın hesablanması
və onun aradan qaldırılması;
insan itkisi
və ya xəsarət alanlar
barədə dəqiq məlumat;
xilasetmə işlərinin təşkilinin
qiymətləndirilməsi;
zəlzələnin nəticələrini
aradan qaldırmaq
üçün tədbirlər planı.
|
Peşəkar xilasedicilər;
təlim almış itlər;
könüllülər; mərkəzi
dövlət orqanları; əhalinin
mütəmadi məlumatlandırılması ;
rabitə və kommunikasiyaların
bərpası;
dağıntıların aradan
qaldırılması.
|