— Yer səthində yerləşir;
— zəlzələ ocağında yaranan
dalğalar bura çatmaq üçün ən
qısa məsafəni qət edir;
— ən güclü təkanlar burada
müşahidə olunur.
– Yerin daxilində yerləşir;
– Yerin dərinliklərində toplanan güc süxurları hərəkətə gətirir;
– zəlzələ ocağından hər tərəfə seysmik dalğalar yayılır.
Azərbaycan Respublikası Alp-Himalay seysmik qurşağında yerləşir. Ona görə də ölkəmizdə zəlzələlər tez-tez baş verir.
Zəlzələ qəfildən baş verir. Ona hazır olmaq üçün insanlar zəlzələnin nə vaxt baş verəcəyini öyrənmək istəyirlər. Lakin zəlzələ barədə proqnoz vermək çox çətindir. Bu hadisəni öyrənmək məqsədilə seysmoloji xidmət fəaliyyət göstərir. Hazırda dünyada bu xidmət sahəsində 2000-dən çox stansiya mövcuddur.