Ölkəmizdəki Qarabağ vulkanik yaylasında Qızılboğaz və Dəlidağ belə vulkanlardandır.
Respublikamızda fəaliyyətdə olan vulkan yoxdur. Lakin Qobustan və Abşeron rayonlarında çoxsaylı palçıq vulkanları mövcuddur. Onların püskürməsi zamanı lava əvəzinə səthə duru palçıq çıxır. Azərbaycanda ən hündür palçıq vulkanları Torağay (402 metr), Keyrəki, Kənizdağdır.
Ardıcıllığı müəyyən edin:
1. Yer qabığında çatlar əmələ gəlir.
2. Vulkan külü və “vulkan bombası” səthə atılır, kənarlara lava
tökülür, vulkan konusu yaranır.
3. Dərinlikdə vulkan ocağı yaranır.
4. İsti maqma yüksək təzyiqlə boğaz vasitəsilə yuxarı qalxır.
Maqmanın Yer səthinə doğru açdığı kanal _ adlanır. Vulkan təpəsində yaranan çökəklik__ -dir. Vulkanlar iki qrupa ayrılır:__ ,__ . Vulkanlar hazırda püskürən və ya püskürməsi tarixi mənbələrdə xatırlanan vulkanlardır. _ vulkanların isə ətrafındakı süxurlar onun nə vaxtsa püskürdüyünü sübut edir. Vulkan püskürmələrinin baş verdiyi ərazilərdə yeraltı sular qaynar halda fəvvarə vurur. Onlara__ deyilir. Azərbaycanda__ vulkanları vardır.
Krater
Boğaz
Sönmüş vulkan
Qeyzer
Fəaliyyətdə olan vulkan
Palçıq vulkanı
Cədvəli çəkin, mətndəki vulkan adlarını yazın və həmin vulkanları kontur xəritədə qeyd edin.
№ | Adı | Materik | Ölkə |
1 | |||
2 |