Vulkan püskürməsinin sxemi

Vulkanların yayıldığı ərazilərdə yeraltı sular böyük təzyiqlə səthə çıxır. Qeyzer adlandırılan belə qaynar suların təsərrüfat əhəmiyyəti böyükdür.

İslandiya və Yeni Zelandiyada belə sulardan istixana və evlərin qızdırılmasında istifadə olunur.

Bəzi vulkanlar min illər bundan əvvəl püskürmüşdür. Əslində, onların püskürməsi haqqında heç bir tarixi məlumat yoxdur. Lakin ətrafda yayılan süxurlar bu vulkanların keçmiş fəaliyyətindən xəbər verir. Belə vulkanlara sönmüş vulkanlar deyilir.