Təbii materiallar insanın müdaxiləsi olmadan yaranır. Onlar__adlanır. Yer qabığı__ ,__ və __ süxurlardan təşkil olunmuşdur. Bərkliyindən asılı olmayaraq hər hansı süxur xarici qüvvələrin təsirinə məruz qalır; bu proses__ adlanır.
Süxurlar
Aşınma
Maqmatik süxurlar
Çökmə süxurlar
Metamorfik süxurlar
Süxurlar ilə onların əmələgəlmə şəraiti arasında əlaqəni qurun.
Aşınma və toplanma nəticəsində yaranır.
Maqmanın soyuması nəticəsində əmələ gəlir.
Yerin dərinliklərində yüksək temperatur və təzyiq şəraitində yeni keyfiyyətlər qazanır.
Layihə. Süxurlardan ibarət kolleksiyanın toplanması
Məqsəd. Süxurları fərqləndirmək
Təchizat: karton, boş kibrit qutuları, yapışqan, etiket üçün kağız.
İşin icrası:
1. Karton üzərində kibrit qutuları bərkidin, onların üzərinə etiket
yapışdırmaq üçün kağız hazırlayın.
2. Müxtəlif süxur nümunələrini toplayın.
3. Hazır nümunələri ayrı-ayrı kibrit qutularına qoyun.
4. Etiketdə süxuru haradan tapdığınızı, onun təxmin edilən adını qeyd edin.
5. Yoldaşlarınızla kolleksiyalarınızı müzakirə edin.